12 Mart 2018 15:23
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:22

Nepalın paytaxtı Katmanduda Bangladeş havayolu şirkətinə aid sərnişin təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com bu haqda xarici mətbuata istinadən xəbər verir.

***

13:48

Qəza paytaxt Katmandu şəhərinin Tribhuvan aeroportunun yaxınlığında baş verib.

S2-AGU nömrəli təyyarə futbol sahəsinə düşüb. Nəticədə təyyarə yanmağa başlayıb. Təyyarədə 80-ə yaxın sərnişinin olduğu bildirilir. Ölən və yaralananların olduğu ehtimal edilsə də, hələlik rəsmi məlumat açıqlanmayıb.

Hadisə yerində xilasedici qüvvələr işləyir.

Bu arada, qəzanın baş verməsində ilkin ehtimal kimi texniki problem göstərilib.

***

14:02

Nepalın paytaxtı Katmanduda qəzaya uğrayan təyyarə ABŞ-Banqladeş reysini yerinə yetirirmiş.

Bununla bağlı Nepal mediası məlumat yayıb. Hadisə zamanı azı 17 nəfər yaralanıb.

***

14:25

Katmanduda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 20 nəfər həlak olub.

Bununla bağlı yerli rəsmilər məlumat veriblər. Hadisə zamanı təyyarədə 71 nəfər olub. Qəzadan sonra baş verən güclü yanğın söndürüldükdən sonra xilasedicilər hadisə yerində 20 cəsəd aşkar ediblər, 17 nəfər yaralı halda xəstəxanalara çatdırılıb. Qalan 34 sərnişinin taleyi ilə bağlı hələlik heç bir məlumat verilmir.

***

15:08

Banqladeş şirkətlərindən birinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 38-ə çatıb.

23 nəfər xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ümumilikdə, təyyarədə 67 sərnişin və 4 ekipaj üzvü olub. 10 nəfərin taleyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Xəsarət alanların vəziyyətinin ağırlığı ölü sayının artacağı ehtimalını artırır.

***

Katmanduda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 50-ə çatıb.

Bununla bağlı Nepal Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatlara görə, hazırda qəza nəticəsində xəsarət alan 21 nəfərin xəstəxanalarda müalicəsi davam edir.

Sosial şəbəkədə qəza yerindən görüntülər yayımlanıb. Həmin videonu təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər