İranda qəzaya uğramış Türkiyənin "Başaran Holdinq"inə məxsus təyyarənin sərnişinləri ilə bağlı yeni məlumatlar açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölən şəxslər arasında türkiyəli daha bir iş adamının qızı da olub. Məlumata görə, Zeynəb Coşqun bursalı biznesmen Orxan Coşqunun qızı olub.
Bundan başqa, "Başaran Holdinq"in rəhbəri Hüseyn Başaranın qızı 28 yaşlı Minə ilə yanaşı, Zeynəb Coşqun, Ayişə And və Sinəm Akayın da bu yaz toyları olacaqmış. Qəzada həlak olan Burcu Gündoğar Urfalı və Jasmin Baruh Siloni isə hamilə imiş.
Bu arada, Qızıl Aypara cəmiyyətinin axtarış və xilasetmə idarəsinin əməkdaşları qəzada ölən 11 nəfərin cəsədlərinin aşkar edildiyini açıqlayıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfərin olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayılıb.