İsrail əsgərlərinin Qərbi Şerianın Ramallah bölgəsində tələbələrin aksiyasına müdaxiləsi nəticəsində 8 fələstinli yaralanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Birzeit Universitetinin tələbələri İsrailin xüsusi xidmət orqanları tərəfindən tələbə şurasının sədrinin saxlanmasına etiraz olaraq nümayişlər təşkil ediblər.
İsrail əsgərləri həqiqi və plastik mərmi , eləcə də gözyaşardıcı qazla tələbələrə müdaxilə ediblər.
Fələstinlilər isə daşla və avtomobil təkərlərini yandırmaqla özlərini müdafiə etməyə çalışıblar.
Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 8 fələstinlinin yaralandığı bildirilir. Başından güllə yarası alan tələbələrdən birinin vəziyyətinin ağır olduğu deyilir.