Günorta saatlarından başlayan güclü külək Gədəbəy və Daşkəsən rayonlarında elektrik təsərrüfatına ziyan vurub.
Bu barədə Teleqraf.com-a açıqlamasında Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, hər iki rayonun bir sıra kəndlərində elektrik xətləri zədələnib:
"Aşmış elektrik dirəklərini bərpa edən Azərişıq ASC-nin qaldırıcı kranı maşınların üzərinə aşıb”.
Qurum rəsmisi onu da qeyd edib ki, artıq bir sıra kəndlərdə elektrik enerjisi bərpa olunub.