Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda xəsarət alan bir fələstinli vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedra məlumat yayıb.
“İsrail ordusu ilə Qəzza zolağında toqquşmalarda xəsarət alan 23 yaşlı fələstinli bu gün axşam saatlarında Rəfah şəhərinin xəstəxanasınd vəfat edib”,-deyə o bildirib.