25 Aprel 2018 08:46
3 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dan olan müharibə veteranına dünyada ilk dəfə olaraq cinsiyyət üzvü və xayalıq köçürülüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs Əfqanıstanda bomba partlaması nəticəsində cinsiyyət üzvünü itirib. Mütəxəssislər ümid edirlər ki, onun cinsi funksiyaları əməliyyatdan sonrakı bir neçə ay ərzində bərpa olunacaq.

14 saat davam edən plastik əməliyyatda 9 cərrah və 2 uroloq iştirak edib. Əməliyyat Cin Hopkins Universitetinin klinikasında baş tutub. Həmin həkimlər briqadası hər iki əlini itirən başqa bir veterana isə əl köçürüblər.

Bildirilir ki, həkimlər cinsiyyət üzvünü tam köçürüblər. Ona kisəcik yumurtalıqlarsız, periton (qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişa) isə qismən köçürülüb. Bu orqanlar ölən donordan götürülüb. Bu zaman donorın xayaları etik mülahizələr səbəbindən götürülüb ki, əməliyyat olunan şəxs onun uşaqlarının atası olmasın. Pasiyent özü bu əməliyyatı elmi-fantaskit əməliyyat adlandırıb. Onun sözlərinə görə, narkozdan ayılan kimi özünə inamı kəskin surətdə yüksəlib.

Həkimlər bildiriblər ki, pasiyent əməliyyatdan sonra bərpa olunub və bu həftə evə buraxılacaq. Həkimlər briqadası bu əmliyyata bir neçə il hazırlaşıblar. Onların yaxın illərdə daha 60 əsgərə cinsiyyət üzvü köçürməsi planlaşıdırılır.

Qeyd edək ki, buna qədər dünyada cinsiyyət üzvü iki dəfə köçürülüb: ilk əmliyyat 2006-ci ildə Çində həyata keçirilib və uğursuz olub. İkinci əməliyyat isə 2014-cü idlə Cənubi Amerikada həyata keçirilib və uğurlu alınıb. Bu əməliyyatlardan fərqli olaraq isə amerikalı cərrahlar ilk dəfə olaraq, penis və xayalığın tam köçürülməsini həyata keçiriblər.


Müəllif: Nahid

Oxşar xəbərlər