24 İyun 2018 19:12
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazində qeydə alınıb.

"Toyota Prado", " Vaz 21 099" və " Vaz 2106" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisədən sonra " Vaz 21011" markalı maşın alışaraq yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Mənbə/APA