20 İyul 2018 08:46
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 3-də Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 125-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Nəticələrinin Azaldılması üzrə Milli Xidmətinin nümayəndəsi David de Leon bildirib.

Bundan əvvəl bələdiyyə xilasetmə xidməti 332 nəfərin itkin düşdüyünü, 120 nəfərin isə həyatlarını itirməsi barədə xəbər vermişdi.

Noticias24 kanalının məlumatına görə, tibbi ekspertiza daha 4 cəsədin şəxsiyyətini müəyyənləşdirib. Hökumət Fueqo ətrafında yerləşən bir sıra yaşayış məntəqələrini həyat üçün təhlükəli olduğunu elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər