18 Avqust 2014 13:21
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibə Qafarova: “Bu gün Avropada yeganə işğalçı dövlət Ermənistandır”

“Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən ölkədir. Bu gün Avropa Şurasına üzv dövlətlər sırasında işğalçılıq siyasəti həyata keçirən, qonşu dövlətin ərazilərini işğal altında saxlayan yeganə dövlət Ermənistandır”.

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu gün Ermənistanda hakimiyyətdə olan insanlar vaxtilə Qarabağda minlərlə azərbaycanlını qətlə yetirən səhra komandirləridir. O qeyd edib ki, Serj Sarkisyan yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə özü müsahibə verib.

“Ermənilər həmişə ən çirkin terror üsullarına əl ataraq, öz niyyətlərini ortaya qoyublar. Amma ən ağrılısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər. Bu isə bir daha onu göstərir ki, ermənilər uzun müddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar” – deyə, S.Qafarova qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər