16 Avqust 2018 09:15
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samuxda ər arvadını qətlə yetirib.

Məlumata görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Sədrəddin oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Müşafərin İman qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.

E.Bayramov yoldaşının bibisi, 1967-ci il təvəllüdlü Xatirə Ümid qızı Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Məlumata görə? M. Bayramova həyat yoldaşından küsərək 3 azyaşlı övladı ilə ata evinə gedərək orada bibisi ilə qalırmış. Yoldaşı ilə barışmağa gələn E. Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb. Cinayəti törədən Elvin Bayramov saxlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi acılıb, araşdırma aparılır.


Müəllif: Mənbə/Report