Almaniyanın Rostok şəhərində üç azərbaycanlı tələbə hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, ötən gün şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi yaxınlaşıb. Onlar irqçi şüarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər.
Daha sonra kişi soydaşlarımızdan birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini tərk edib.
Rostok polisi tədqiqatlara başlayıb.