18 Oktyabr 2018 12:48
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana qarşı silahlı hücum olub.

İş adamı İstanbulda maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlənib. Onların toyu Çırağan Sarayında baş tutub.

Xatırladaq ki, 85 yaşlı Musa Məmmədov ötən il vəzifəsindən azad olunub. /"Qafqazinfo"/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər