24 Oktyabr 2018 10:37
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasında xırda uçqun prosesləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən,ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir.

Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.


Müəllif: Aytən

Oxşar xəbərlər