26 Oktyabr 2018 01:48
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Bakı metrosunun “Avtovağzal” stansiyasında xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir nəfər portmanatını itirdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, polis məntəqəsinə dəvət olunan həmin şəxsin Rusiyadan ölkəmizə turist kimi gəlmiş Nikita Runkovski olduğu məlum olub. Paytaxtdakı hostellərin birində qaldığını deyən turist Şəkidən gələrkən portmanatını taksidə unutduğunu, gecələmək üçün pulu olmadığından ümid yeri kimi polisə müraciət etdiyini bildirib.

Polis əməkdaşları müəyyən məlumatları dəqiqləşdirdikdən sonra Nikitanı hostelə yerləşdiriblər və dərhal portmanatın tapılması üçün əməliyyat tədbirlərinə başlayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər