8 Noyabr 2018 18:10
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Azərbaycan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı avtomobil yanıb.

Məlumata görə, hadisə Tbilisi-Qırmızı körpü yolunda qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəqliyyat vasitəsinin mühərrikində baş verib. Yanğınsöndürən maşın hadisə yerinə gələnə qədər yaxınlıqdakı insanların köməyi ilə yanğın söndürülüb.

Hadisə yerinə patrul polisi və təcili tibbi yardım maşını cəlb olunub.

Avtomobilin mühərrikinin yeni dəyişdirildiyi bildirilir.


Müəllif: Mənbə/Report