10 Noyabr 2018 09:11
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. 20-yə yaxın yaralı var.

Bu barədə yerli tibb mənbələrinə istinadən "Əl-Arabiya" məlumat yayıb.

Bildirilir ki, terrorçular şəhərdə 4 partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.

Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb.

Bundan əvvəl Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər