10 Noyabr 2018 21:57
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Xanqərvənd kəndində qeydə alınıb.

Yolu keçmək istəyən, 1947-ci il təvəllüdlü Tahir Həbibovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan şəxs sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report