12 Dekabr 2018 15:08
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ağır yol qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Suraxanı rayonunda “Kamaz” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com