Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini E. Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Məcid İsmayılov saxlanılıb.
Onun əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunduğu üzə çıxıb.