Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının apellyasiya şikayəti əsasında bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.
Səbəb zərərçəkmiş şəxsin məhkəməyə gəlməməsi olub. Proses mayın 20-dək təxirə salınıb.
Qeyd edək ki, Y. Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb.
Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Y. Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.