23 Yanvar 2019 19:17
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada iki azərbaycanlı qardaş - Ümid və Sabir Şirinovlar həyatlarını riskə ataraq bir ailəni yanan avtomobildən xilas ediblər.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 19-u baş verib. “MAN” markalı yük maşını qarşı yola keçərək “KİA Sorento” markalı ciplə toqquşub. Toqquşma nəticəsində yük maşını aşıb, minik avtomobili isə yanmağa başlayıb.

Bu zaman işdən evə qayıdan Şirinov qardaşları maşını saxlayıblar. Onlar yanan cipin içərisində ağlayan uşaq və başqa sərnişinlərin olduğunu görüblər. Yük maşınının sürücüsü qardaşlara artıq gec olduğunu və həyatını riskə ataraq həmin şəxslərə yardım etmək istəmədiyini bildirib.

Qardaşlar əvvəlcə yanan maşından uşağı, ardınca ananı çıxarıblar. Daha sonra ön oturacaqda sıxışıb qalan və huşunu itirmiş atanı çətinliklə xilas ediblər. Xilasetmə əməliyyatından az sonra maşındakı qaz balonu partlayıb.

Qardaşlar ailəni xəstəxanaya yerləşdirdikdən sonra onların tibbi xərclərini ödəyiblər.


Müəllif: Teleqraf.com