Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 5-də, gecə saat 2 radələrində rayonun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyib, pul verməsini tələb ediblər.
Həmin şəxslər istədikərinə nail ola bilməyiblər.
Amma V.Əzimovu avtomobilindən düşürüblər və avtomobili də götürərək oradan gediblər.
Zərərçəkmiş baş verən olayla bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat verib.
31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.