Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mənzillərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
11-ci polis bölməsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin qohumu, Sahil qəsəbə sakini A.Suvarov saxlanılıb.