30 Avqust 2014 11:30
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland arasında telefon danışığı olub.

Teleqraf.com-un APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər.


Fransua Olland və Vladimir Putin Ukraynadakı daxili münaqişənin siyasi həllinin mümkün variantlarını nəzərdən keçiriblər. Hər iki tərəf regionda qan tökülməsinin dayandırılmasının vacibliyini qeyd edərək, humanitar fəlakətin aradan qaldırılması və problemin dinc siyasi vasitələrlə həll olunmasını vurğulayıb. Liderlər Avropa Birliyinin növbəti sammitində Ukraynadakı vəziyyətin müzakirə olunacağı barədə də razılığa gəliblər.


Müəllif:

Oxşar xəbərlər