29 Aprel 2014 15:23
2 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı aeroportunda baş verən hadisələr sübut etdi ki, Leyla Yunus tək başına hərəkət etmir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov bildirib. Onun sözlərinə görə, Leyla Yunusu Fransanın Azərbaycandakı səfirinin və ABŞ səfirinin müavininin müşaiyət etməsi başqa məqamlardan xəbər verir:

“Onlar bu şəxsin ölkədən çıxması ilə bağlı qadağanın olmasına baxmayaraq, xarici diplomatik korpusun nümayəndələri bu qadağanı tapdayıb keçmək istəyirdilər. Eləcə də onlar bu addımı ilə Leyla Yunusun qaçmasına şərait yaratmaq istəyirdilər. Yaxşı ki, bu baş tutmadı. Amma qeyd edib ki, Leyla Yunusun ölkədən qaçmağa cəhd etməsi belə onun bu məsələdə həqiqətən günahının olduğu və irəli sürülən ittihamların doğru olmasının sübut edən amillərdən biridir. Digər tərəfdən Leyla Yunusla bağlı yayılan video görüntülərdə onun açıq-aşkar şou yaratdığının şahidi olduq. Təəssüf hissi ilə bildirirəm və sosial şəbəkələrdə də öz mövqeyimi bildirmişəm ki, bu insanın digər cinayətləri ilə yanaşı, vəzifəli şəxsə qarşı etdiyi hərəkətlərlə bağlı Daxili İşlər Nazirliyi prokurorluğa müraciət etməlidir. Leyla Yunusun bu hərəkəti qanunlara hörmətsizlikdir. Hətta demək olar ki, heçə saymasıdır. Hesab edirəm ki, bu məsələ aktualdır və hüquq-mühafizə orqanları buna ciddi reaksiya verməlidirlər”.

Ş.Camalov deyib ki, yaranmış vəziyyətlə bağlı həm Fransa səfiri, həm də ABŞ səfirinin müavini ilə bağlı məsələ də gündəmə gəlməlidir. Onun fikrincə, xarici ölkənin diplomatik korpuslarını təmsil edən bu iki şəxs Leyla Yunusun ölkədən qaçmasına yenidən şərait yarada bilər:

“Hesab edirəm ki, mövcud vəziyyəti hüquq-mühafizə orqanları gözardı etməyəcəklər. Çox maraqlıdır, Azərbaycandan xaricə gedən bütün ölkə vətəndaşlarını ABŞ və Fransa səfirimi müşaiyət edir? Yoxsa, bu ancaq Leyla Yunusla bağlı məsələdir”.


BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər