Bakıda avtobusun altına yıxılan piyada xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dayanacaqda dayanmış avtobusun altına düşən 1 nəfər piyadanın xilas olunması üçün müraciət daxil olub.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər.
Əməliyyat başa çatıb.