Qubada yanğın hadisəsi baş verib.
Hadisə ötən gecə saatlarında rayonunun Rustov bələdiyyəsinin Güneyməhəllə yaşayış məntəqəsində qeydə alınıb.
Belə ki, həmin yaşayış məntəqəsində yaşayan Rusiya Federasiyası vətəndaşı 1954-cü il təvəllüdlü Məhərrəm Hümbət oğlu Məmmədova məxsus ümumi sahəsi 180 kv.metr olan 4 otaqlı, aynabəndli, səkili ev yanar konstruksiyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə İdarəsinin Yanğınsöndürmə idarəsinin 2 ədəd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır./Report/