17 May 2019 23:23
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ərazisində Azərbaycan vətəndaşına məxsus yük avtomobilində partlayış baş verib. Yanacaq daşıyan avtomobil Dilucu gömrük keçid məntəqəsindən Naxçıvan Muxtar Respublikası ərazisinə keçərkən partlayıb.

Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev Azərtac-a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Faktla bağlı təhqiqat aparılır.

Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.

***

Sədərək-Dilucu sərhəd keçid məntəqəsində yük maşınının partladıldığı bildirilib.

Türkiyə Dilucu Sərhəd Qapısının adının çəkilməsini istəməyən məmuru “BBC Azərbaycanca”ya hadisəni "terror hücumu" kimi qiymətləndirib və deyib ki, öncə tankerə atəş açılıb.

"Hadisə nəticəsində bir əməkdaşımız yaralıdır, ancaq vəziyyəti yaxşıdır", - o deyib.

Əməkdaşın sözlərinə görə, atəş açanın tək, ya çox adam olduğu bəlli deyil, hadisə yerində polis araşdırma aparır.

“Anadolu” xəbər agentliyi də partlayış barədə məlumat yayıb və bildirib ki, yanacaq daşıyan maşına atəş İran tərəfindən açılıb.

Məlumatda deyilir ki, yanacaq daşıyan yük maşını Naxçıvan nömrəsi daşıyıb və partladıldıqdan sonra yanaraq yararsız hala düşüb.

https://youtu.be/T1ifmyOZ9Us


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər