4 İyun 2019 11:57
2 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vüsal Hacıyevin barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə bu qalmaqallı cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il avqustun 12-də Şabran rayonunda 1980-ci il təvəllüdlü Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, Vüsal Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb.

Bu zaman Vüsal Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

Ruslan Hacıyev hadisə yerindəcə ölüb.

Cinayəti törədən Vüsal Hacıyev polis tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Vüsal Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər