11 İyun 2019 17:43
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Zığ qəsəbəsində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan qadınların şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Məmmədova Sülahət Təbriz qızı və 1975-ci il təvəllüdlü Həsənova Könül İmamverdi qızı qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan K.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan digər qadın, 1984-cü il təvəllüdlü Zeynalova Aysel Sultay qızı isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, paytaxtın Xətai rayonu, Zığ yolunda 104 saylı marşrut avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 qadın xəstəxanaya yerləşdirilib./trend/

***

17:04

Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib.

104 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 4 qadın xəsarət alıb.

Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Belə ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər