Kürdəmir rayonunda yerli sakinə məxsus nar bağında baş vermiş yanğın söndürülüb.
Teleqraf.com xəbər verir ki, nəticədə 40 yaşlı Muradxan kənd sakini Qəribov Laçın Qaybalı oğluna məxsus 1 hektar bağ ərazisi, 50 ədəd nar ağacı və ona yaxın sahədə 5 hektar biçilmiş taxıl sahəsi yanıb.
FHN-in Kürdəmir rayon Dövlət Yanğın Mühafizə İdarəsinin əraziyə cəlb olunmuş texnika və canlı qüvvəsi alovun digər ərazilərə keçməsinin qarşısını alıb.
Fakt araşdırılır.