Bakının Nəsimi rayonunda əcnəbiyə qarşı cinayət törədilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi və Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də əcnəbi vətəndaşa məxsus, içərisində 450 manat pul, mobil telefon, maşın açarı və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ələsgərov saxlanılıb.