Bakı şəhərinin Yasamal rayonunda yanğın qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 1000 m² olan dördmərtəbəli evin 2-ci mərtəbəsində hamamın tavanı 8 m² sahədə və şaxtadan keçən elektrik kabelləri 40 p.m yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.