15 Avqust 2019 09:09
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Nərimankənd kəndi ərazisində olub.

“KİA” və “QAZ-24” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb. Hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.

Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.


Müəllif: Teleqraf.com