Bakının Səbail rayonunda iki qadın intim görüntüləri ilə şantaj edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri R.Babaşova və Ö.Bağırova bir kişi tərəfindən şantaj olunmaları barədə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət ediblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hər iki qadına hədə-qorxu gələrək, onlardan pul almaqda şübhəli bilinən Ağdam rayon sakini K.Baxşıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.