12 Sentyabr 2019 12:15
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb./report/


Müəllif: Teleqraf.com