15 Noyabr 2019 22:13
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ikimərtəbəli bina yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ikimərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan otağın yanar konstruksiyaları və içərisinə yığılan taxta tullantıları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com