Daxili İşlər Nazirliyi Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub.
Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.