3 Dekabr 2019 23:09
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ələt-Astara magitral yolunun rayonun Xıdırlı kəndinin ərazisindəki körpü yaxınlığında qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlu yolda gedən zaman onu avtomobil vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com