9 Dekabr 2019 09:14
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada iki mərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Susayqışlaq kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com