10 Dekabr 2019 17:18
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Hüseyn İsmayılovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov