1 Yanvar 2020 13:58
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 31-də polis əməkdaşları tərəfindən keçirilmiş silsilə tədbirlər nəticəsində respublika ərazisində 30 nəfər yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulatların satışı ilə məşğul olduqları üçün saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq məhkəmələrə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər