Bakının Xəzər rayonunda yaşayış evinə basqın edən dəstənin daha bir üzvü tutulub.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən, qrupun digər üzvü S.Nəbiyev saxlanılıb.
Qeyd edək ki, yanvarın 6-da Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvü Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb, onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.