Bakıda avtomobil piyadanı vuraraq digər avtomobilin üstünə atıb.
Teleqraf.com xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
“İnşaatçılar” metrostansiyasının yaxınlığında Rəşad adlı 22 yaşlı gənc (soyadı dəqiqləşdirilir-red) yolu keçərkən onu avtomobil vurub. Piyada zərbənin gücündən digər avtomobilin üzərinə düşüb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.