Fevralın 1-də səhər saatlarında Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş bölgəsində zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələ episentrdə 3 bal gücündə olub.
Zəlzələ Berd şəhəri və Tavuş bölgəsinin Paravakar kəndində hiss edilib.