11 Fevral 2020 01:16
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində "Mercedes" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə sürücü və onun sərnişini ağır xəsarət alıb. Sürücü xəstəxanaya aparılan zaman yolda ölüb. Yaralı sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report