Bakının Binəqədi rayonunda həbs olunan şəxsin daha iki cinayət törətməsi məlum olub.
Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş N.Dadaşovun ətrafında Binəqədi rayon Polis İdarəsində araşdırma aparılıb.
Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun xətt avtobuslarında Bakı şəhər sakinləri olan 3 qadının çantalarından pul, bankomat kartı və sənəd oğurlaması müəyyən edilib.
Qeyd edək ki, ötən həftə Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri R.Süleymanovun cibindən və R.Hüseynzadənin çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Dadaşov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.