2 Aprel 09:37
228

Göygöl rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Yeni Zod kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Müəllif: Teleqraf.com