Baş Prokurorluq Abşeron rayonunda baş verən qətlə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Teleqraf.com-a bildirib ki,ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdənadamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
AnarBəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.
K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruriistintaq-əməliyyat tədbirləri davam etdirilir.