Sabunçu rayonunun Balaxanı və Muxtarov qəsəbələrində rabitə naqillərini gizli olaraq oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini İlqar Səfərov tutulub.
O, ifadəsində törətdiyi cinayəti etiraf edib, bildirib ki, dəfələrlə həmin qəsəbələrin ərazisindən keçən rabitə naqillərini kəsib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
İdarə bildirir ki, gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Sabunçunun Polis İdarəsinin müraciət etsin.